Tovuzda avtomobil Kürə aşdı - 3 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub.

Metbuat.az bildirir ki, nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.

    ***

    09:04

    Tovuzda bədbəxt hadisə baş verib.

    Metbuat.az bildirir ki, hadisə Hunalılar kəndində qeydə alınıb.

    Belə ki hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

    Hazırda onların axtarışları davam etdirilir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR