​“Qalatasaray”ın gündəmində olan futbolçu “Fənərbaxça”ya gedir

“Barselona”da uğursuz mövsümü geridə qoyan İlkay Gündoğan “Fənərbaxça” ilə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə türkiyəli futbol mütəxəssisi Hakan Gündoğar iddia irəli sürüb. Onun sözlərinə görə, “Fənərbaxça” türk əsilli alman futbolçu İlkay Gündoğanla əlaqə saxlayıb və futbolçu ilə anlaşıb. Bildirilir ki, “Qalatasaray”ın da gündəmində olan İlkay Gündoğan “Fənərbaxça”ya keçməyə razılıq verib.

Joze Mourinyonun “Fənərbaxça”ya gəlişi futbolçunun da “Fənərbaxça”nı seçməsində mühüm detal olduğu irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR