Qəddarlığı ilə "seçilən" bürclər - Hörmət etməyi bacarmırlar

Astroloji araşdırmalara görə, bəzi bürclər çox qəddar olur. Onlar ətrafındakı insanlara qarşı zaman-zaman kobud, etikadan kənad davranışlar sərgiləyə bilirlər. Onlar üçün insanlarla münasibətlərindən daha çox, şəxsi ambisiyaları maraqlıdır. Bu yolda ən yaxın insanları da qurban verə bilərlər.

Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:

Qoç fərdləri adətən öz istəklərini hər şeydən üstün tuturlar və başqalarının ehtiyaclarına çox əhəmiyyət vermirlər. Bu münasibətə görə onlar ətraflarına olduqca qəddar davrana bilərlər. Onlar çox nadir hallarda mərhəmətli birinə çevrilirlər.

Oxatanlar ümumiyyətlə öz düşüncə və inanclarına ciddi şəkildə bağlıdırlar. Başqalarının fikir və hisslərinə çox az hörmət edirlər və buna görə də, ətrafdakılara qarşı qəddar münasibət bəsləyə bilərlər.

Qız bürcü altında doğulan insanlar tənqid etməyi sevirlər və bu zaman sizin fikirlərinizi nəzərə almırlar. Bu rəftarlarına görə, ətrafdakı insanlara qarşı sərt və qəddar görünə bilərlər. Şəxsi eqolarına görə yaxın dostlarını "qurban etmək" onlar üçün adi davranışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı