Dünyanın ən yaxşıları açıqlandı - Messi var, Ronaldo yoxdur

Dünyanın ən yaxşı hücumçularının siyahısı hazırlanıb.

Metbuat.az xəbər verir ki, ESPN 100 ən yaxşı hücumçunun siyahısını dərc edib. Siyahının ilk üçlüyündə Kilian Mbappe, Harri Keyn və Erlinq Holand qərarlaşıblar.

“Əl-Nəsr” klubunda forma geyinən Kriştiano Ronaldo onluğa düşə bilməyib, o, 15-ci olub. İlk "20-liy"i İtaliyanın “Napoli” klubunda çıxış edən gürcü Xviça Kvaratsxeliya tamamlayıb.

Siyahının ilk onluğu belədir:

1. Kilian Mbappe (“Real", İspaniya)

2. Harri Keyn (“Bavariya”, Almaniya)

3. Erlinq Holann ("Mançester Siti", İngiltərə)

4. Vinisius Junior ("Real", İspaniya)

5. Məhəmməd Salah ("Liverpul", İngiltərə)

6. Antuan Qrizmann (“Atletiko", İspaniya)

7. Lionel Messi (“İnter Mayami”, ABŞ)

8. Fil Foden ("Mançester Siti", İngiltərə)

9. Bukayo Saka ("Arsenal", İngiltərə)

10. Son Hın Min (“Tottenhem”, İngiltərə)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR