Mövsümündən əvvəl satılan qarpız təhlükəlidir - Ekspert

Təbii halda becərilən qarpız adətən iyul-avqust aylarında yetişir. Lakin bu meyvəni artıq bazarlarda görmək olar. Bəs, mövsümündən əvvəl satışa çıxarılan qarpızı almaq nə dərəcə doğrudur?

Mövzu ilə bağlı Metbuat.az-a danışan qida üzrə ekspert Ağa Salamov bildirib ki, qarpız və ya başqa meyvələr hansı aylarda təbii halda yetişirsə, o aylarda yeyilməldir:

"Mövsümü meyvələr öz vaxtında yeyilməlidir. Biz piştaxtalarda vaxtından əvvəl qarpıza, yemişə rast gəlirik. Bunlar təbii ki, istixana məhsuludur.

Demək olar ki, hamısı istixanalarda yetişdirilir. Çox nadir hallarda görə bilərik ki, yaydan qışa qarpız saxlayırlar. Belə yetişdirilən meyvələrdə kimyəvi zəhərlənmə təhlükəsi yüksəkdir. Çünki istixanalarda böcəklərə, yabanı otlara qarşı olan dərmanlar istifadə edilir. Bu da müxtəlif problemlərə yol açır. Bu hallar kimyəvi zəhərlənmələr, alergik reaksiyalara səbəb ola bilər. Ona görə də, mövsümündə yetişən meyvə və tərəvəzlərdən istifadə olunmalıdır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı