Yazılan dərmanın bənzərini almaq olar?

Dərmanların analoqunu almaqla cibinə qənaət edənlər sağlamlığını təhlükəyə ata bilər.

Metbuat.az “Medicina.az”a istinadən xəbər verir ki, endokrinoloq Anastasiya Kvasova reseptsiz satılan analoji preparatların təhlükəli olub-olmamasından danışıb.

“Bunu bilməyiniz vacibdir ki, heç də bütün analoqlar orijinal dərmanla identik və orijinal tərkibə uyğun deyil. Hətta analoqda aktiv maddə dozası, adı eyni olsa da, əlavə köməkçi maddələr fərqlənə bilər, bu isə dərmanın təhlükəsizliyinə təsir edir.

Üstəlik bu maddələrə hər bir pasiyentin fərdi reaksiyası ola bilər və allergiyaya səbəb ola bilər.

Pasiyent gözlənilməz effekt və əks reaksiyalarla üzləşə bilər.

Orijinal dərmana güvən səbəbi təhlükəsizlikdir.

Xüsusən həkimə demədən özbaşına dərman ucuz başa gəlsin deyə analoqunu almaq olmaz.

Həkim dərmanı xəstənin tibbi anamnezi, yaşı və sağlamlıq durumuna uyğun seçir.

Dərmanın dəyişdirilməsi müalicəyə mane olub xəstəliyin kəskinləşməsinə səbəb olur.

Bəzi hallarda analoqların istifadəsi təhlükəli ola bilər.

Xərçəng, ürək xəstəliyi, hepatit, ağır infeksion xəstəliklərin müalicəsində dəqiq müalicə sxeminə əməl etmək lazımdır.

İstənilən əvəzləməni həkimlə məsləhətləşin.

Yalnız həkim analoqa icazə verməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı