Mahir Emrəli bu komandaya keçir - KİV

Millimizin üzvü Mahir Emreli yenidən ölkəmizdə çıxış edə bilər.

Metbuat.az Baku Tv-yə istinadən xəbər verir ki, müqavilə ilə “Dinamo Zaqreb”ə məxsus olan 26 yaşlı forvard “Sabah” klubunun diqqət mərkəzindədir.

Yeni mövsümdə ölkəmizi Konfrans liqasında təmsil edəcək “bayquşlar” hücum xəttini gücləndirməyi planlaşdırır. Onların əsas hədəfi isə məhz Mahirdir. Oyunçunun “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviçin növbəti mövsüm üçün planlarına daxil olmaması bu transferin reallaşmasına kömək edə bilər.

İddia olunur ki, futbolçu özü də Xorvatiya təmsilçisində qalmağa müsbət yanaşmır.

Qeyd edək ki, “Bakı” klubunun yetirməsi olan Mahir Emreli karyerası ərzində ölkəmizin “Qarabağ”, Polşanın “Legiya” və Türkiyənin “Konyaspor” kollektivlərində top qovub. 2022-ci ildən “Dinamo Zaqreb”in formasını geyinən M.Emreli cəmi 47 matçda meydana çıxıb və 10 qol vurub. Klubla 3 dəfə Xorvatiya çempionatını qazanan Mahir ölkə kuboku və superkubokunda qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı