Bu cür badımcanı qəti almaq olmaz

Badımcanın insan orqanizminə bir çox faydaları olsa da, onu alarkən düzgün seçim etmək önəmlidir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, badımcan alarkən düzgün seçim etmək üçün bəzi nüanslara diqqət etmək lazımdır.

Bir badımcanın təzə, yoxsa köhnə olduğunu anlamağın ən sadə yolu qabığının sərtliyidir. Təzə badımcanın qabığı nisbətəm yumşaq olur. Əgər qabığı qalındırsa, böyük ehtimalla dadı da yaxşı olmayacaq. Diqqət edilməsi gərəkən digər məqam badımcanın səthidir. Əgər badımcanın üstündə qırışlar və ağ ləkələr varsa, almaq olmaz.

Bu cür badımcan təzə deyil və dadı da pis olacaq. Eyni zamanda, badımcanın sapına da baxmaq lazımdır. Əgər təzədirsə, sapı tam yaşıl olacaq. Əgər qəhvəyiyə çalırsa, köhnəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı