Aparıcı Vüsalə əlizadənin canlı efirdə atdığı addım qınanılıb.
Metbuat.az xəbər verir ki, Xəzər TV-də yayımlanan "İncə səhər" verilişinə qonaq gələn gənc müğənnin verdiyi gülü aparıcı götürməyib.
Görüntülər sosial media istifadəçiləri arasında müzakirəyə səbəb olub. Bəziləri onun bu hərəkətini qeyri-etik adlandırıb, digərləri isə aparıcının əməliyyat səbəbindən ağır əşyaları qaldıra bilmədiyini qeyd ediblər.