Lənkəranda ağır qəzada xəsarət alanların kimliyi məlum oldu

Lənkəranda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, xəsarət alanlar sürücülər, Bakı şəhər Xəzər rayonunun Binə qəsəbə sakini, 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, Lənkəran rayonunun Haftoni kənd sakini, 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olanlar, Lənkəran rayon sakini, 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini, 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.

Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR