Bakı metrosunda sərnişin öldü

Bakı metrosunda sərnişin ölüb.

Metbuat.az verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaş aralığında olan sərnişin təəssüf ki, az sonra vəfat edib.

Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR