Abituriyentlərin nəzərinə: Cavablar bu tarixdə açıqlanacaq

Mayın 26-da keçirilən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 49 minə yaxın abituriyent iştirak edib.

Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılıb.

Bəs imtahan cavabları nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftə açıqlanacaq.

Qeyd olunub ki, imtahan cavablarının gələn həftənin əvvəli elan olunması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR