Bakıda 30 yaşlı kişi dəmir yolunda bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Sabunçu Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

1991-ci il təvəllüdlü Bəxtiyar Gülməmmədov dəmir yolunun piyada keçidində aralarında yaranmış mübahisə zəmnində tanışı, 1994-cü il təvəllüdlü Turqay Qasımovu bıçaqlayıb.

Hadisəni törətmiş B.Gülməmmədov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR