Azərbaycanlı futbolçu Albaniya klubuna transfer olundu

Azərbaycanlı futbolçu Albaniya klubuna transfer olunub.

Metbuat.az xəbər verir ki, "Araz Naxçıvan"dan ayrılan Zamiq Əliyev karyerasını sözügedən ölkənin “Eqnatiya” komandasında davam etdirəcək.

Müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, "Eqnatiya" 2023/2024 mövsümündə Albaniya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR