"Kontakt" Bakıxanovda ən böyük mağazasını Aygün Kazımova ilə açdı!

Bakıxanov bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə Bakıxanovda ən böyük və yeni mağazasının qapılarını müştərilərə açdı. Alış-veriş sevərlərin həyəcanla gözlədiyi bu açılış mərasimi əyləncəli anlar və hədiyyəli sürprizlərlə yadda qalan oldu.

Günün əsas hadisələrindən biri də Xalq artisti Aygün Kazımovanın möhtəşəm çıxışı oldu. Sevilən mahnıları ilə tədbiri canlandıran Kazımova, möhtəşəm səhnə performansı ilə gecəyə xüsusi rəng qatdı.

RAHAT MAĞAZA, GENİŞ İSTİFADƏ İMKANLARI

Bakıxanovun mərkəzində, tam beş mərtəbədən ibarət olan bu yeni mağazada rəqəmsal, böyük və kiçik məişət texnikası, qab-qacaqlar, mebel, ev tekstilinə aid 30000-dən çox məhsul çeşidi təqdim edilir. Ümumilikdə 3880 m2 sahədə xidmət göstərən mağazada sizə lazım olan hər şeyi asanlıqla tapa biləcəksiniz.

Bu böyük və rahat alış-veriş məkanında alış-veriş zamanı bir fincan isti qəhvə içərək dincəlmək istəyənlər üçün “Delonghi” brendinin “Kofe Zonası” yaradılıb. Üstəlik, müştərilər kassa əməliyyatlarını gözləyərkən limitsiz “WiFi” xidmətindən də istifadə edə bilərlər.

Bunlarla yanaşı, elektromobili olan dostlarınıza xəbər edin. “Kontakt”ın Bakıxanov mağazasının parkinq dayanacağında elektromobilləri bir ay ərzində pulsuz şarj etmək imkanı var. Şəbəkə bu addımı ilə həm müştərilər üçün rahatlıq yaradır, həm də ətraf mühitin qorunmasına töhfə verir.

AÇILIŞA ÖZƏL XÜSUSİ FÜRSƏTLƏR: 60%-DƏK ENDİRİM

Bakıxanovdakı yeni mağaza alış-verişin rahatlığını başqa bir səviyyəyə çıxarır. Yeni mağazanın açılışına xüsusi olaraq, “Kontakt” bütün məhsullarda nağd alışda 60%-ə qədər endirimlər təklif edir. Bu endirim kampaniyası iyunun 19-dək sevimli əşyalarınızı daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.

Əlavə olaraq, faizsiz, komissiyasız və ilkin ödənişsiz hissəli alış imkanları ilə müştərilər smartfon, notbuk, smart saat, qulaqlıqları 18 aya; televizor, məişət texnikaları, qab-qacaq, ev tekstili və mebelleri isə düz 24 aya bölərək rahat-rahat ödəyə bilərlər. Bu, həm büdcənizə uyğun alış-veriş, həm də arzuladıqlarınıza dərhal sahib olmaq deməkdir.

Misal üçün:

Hələ çox danışılacaq açılış tədbiri bitsə də, “Kontakt” mağazasının Bakıxanov stansiyası mağazası müştərilərinə yüksək səviyyədə xidmət davam edəcək. Bu gümlərdə mağazaya baş çəkərək açılışa özəl məhdud endirimlərdən yararlanmağı unutmayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR