Azərbaycandan xaricə turist axını 28% artıb

Bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,5% artaraq 808,1 min nəfər olub.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,4%, Türkiyəyə gedənlərin sayı 27,1%, Gürcüstana gedənlərin sayı 21,3 %, Rusiya Federasiyasına gedənlərin sayı 14,9% artıb. Azərbaycan vətəndaşlarının 38,9%-i Türkiyəyə, 21,9%-i Rusiya Federasiyasına, 8,9 %-i Gürcüstana, 8,6%-i İrana, 21,7%-i digər ölkələrə səfər edib. Gedənlərin 67,3%-ni kişilər, 32,7%-ni qadınlar təşkil edib.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7%-i hava, 30%-i dəmir yolu və avtomobil, 2,3%-i isə dəniz nəqliyyatından istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı