Təxribatların səbəbi bilindi: "Ermənistan ordusunun Baş Qərargahı..."

“ Ermənistan baş naziri Nikol Paşinyan sülh mətninin hazır olduğunu və bir ay ərzində sazişin bağlana biləcəyini qeyd etsə də, Naxçıvan istiqamətində atəşkəsin pozulması sülh planına qarşı atılmış əks addım hesab olunur”.

Metbuat.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, görünür, Paşinyan Ermənistan ordusunda sülhə qarşı olan revanşist qurupu zərərsizləşdirə bilmir.

“30 ildir ki, Ermənistan ordusunda generallar Rusiya hərbi kəşfiyyatı ilə sıx bağlıdır. Proseslər göstərir ki, Ermənistan ordusunun Baş Qərargahı N. Paşinyanın sülh planına qarşıdır və hökumətin Azərbaycanla normal əlaqə qurmaq siyasətini dəstəkləmir. Bu qüvvələr Rusiya Hərbi Baş Kəşfiyyatindan təlimatlar alir. Həmin "qüvvələr" Nikol Paşinyanı sülhdən daşındıraraq, silahları Azərbaycana qarşı işə salırlar. Əgər N. Paşinyan həm kilsə, həmdə orduda təmizlik aparmasa, bu qüvvələr birləşib, Ermənistanda təxribatlara əl atacaqlar”.

Politoloq onu da qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları kövrəkdir və N. Paşinyanın təhlükəsizliyi tam təmin ediləcəyi halda sülh müqaviləsinə imza atacaq.

Xatırladaq ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı