Ən hiyləgər insanlar bu bürclərdən olur

Astroloqlar 3 bürcün nümayəndələrinin digərlərindən daha hiyləgər olduqlarını, problemlərini "siyasi" yollarla həll etməyi sevdiklərini düşünürlər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunlar Balıqlar, Dolça və Əqrəb bürcləridir.

Balıqlar bürcü altında doğulan insanlar üçün əsas prinsip özləri üçün problem yaranmamasıdır - ailədə, işdə və ya hər hansı sosial mühitdə. Onlara mane olacaq hər hansı situasiyadan çıxmaq üçün düşünmədən bir hiyləyə əl ata bilərlər. Həm də bu xüsusiyyətləri təkcə yad adamlar üçün keçərli deyil, onlar öz eqoları uğruna ən yaxın insanlara qarşı da hiylə işlədə bilərlər.

Dolçalar da hiyləgər bürclər sırasındadır. İşlərinin yolunda getməsi onlar üçün əsas hədəfdir. Bunu hansı yolla təmin edəcəklərinin bir əhəmiyyəti yoxdur. Şəxsi münasibətlərdə də tez-tez hiyləgər davranışları ilə seçilən dolçalar ən sevdikləri adamları da qəddarlıqla aldada bilərlər. Bu xasiyyətləri bəzən onlara yardım etsə də, bəzən onları daha da çətin vəziyyətlərə sala bilir.

Əqrəblər hər şeyi öz eqolarına uyğun olaraq hesablayırlar. Onlara yalan danışmaq lazımdırsa, heç düşünmədən bunu edəcəklər. Bu xüsusiyyətləri çox insanlar yaxşı münasibətdə olmaqda onlara mane olur. Lakin hər iki halda onlar öz prinsiplərinə sadiqdilər və onlara mane olacağınız halda, sizinlə hiylə və yalan yolu ilə mübarizə aparmağı seçəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR