Aparıcılar Tural Əsədov və Afaq Gəncəli “Azərbaycan Televiziya və Radio verilişləri” QSC-ni (AzTV) məhkəməyə verib.
Metbuat.az Olay.az-a istinadla xəbər verir ki, buna səbəb onların “Düşən Pullar” layihəsində qazandıqları məbləğin hələ də verilməməsi olub.
Belə ki, Turalla Afaqın verilişdə udduğu 35 min manat onlara təqdim edilməyib. Onlar işlərini hüquqi çərçivədə həll etmək qərarına gəliblər. Qeyd edək ki, bir müddət öncə T. Əsədov bununla bağlı “Qapqara” verilişində danışmış, o, Afaqla 35 min udduqlarını, lakin proqramın efirə getmədiyini və pullarının verilmədiyini demişdi.
Turala cavab olaraq “Düşən pullar”ın aparıcısı Şəhriyar Əbilov OLAY-a müsahibəsində bölümlərin kanalın təyin etdiyi sıra ilə efirə getdiyini və həmkarlarının yarışdığı proqramın ən yaxşı vaxta saxlanıldığını demişdi.