Arıqladır, şəkəri aşağı salır - Şüyüd suyunun faydaları

Gündə 2 stəkan bu içki arıqlamağınıza və qan şəkərini aşağı salmağınıza kömək edəcək.

Körpələrə mədə və bağırsaq problemlərinin qarşısını almaq üçün adətən şüyüd suyu təyin edilir.

Metbuat.az saglamolun.az-a istinadən hazırlanma qaydasını təqdim edir:

1 xörək qaşığı şüyüd toxumu
1 litr qaynar su
Termos
Süzgəc

Hazırlanma qaydası:

1. Şüyüd toxumlarının üzərinə qaynar su tökün və bir saat termosda dəmləyin.

2. Əgər termosunuz yoxdursa, bankanın ağzını neylon qapaqla bağlaya, folqa ilə büküb plastik torbaya qoya bilərsiniz.

3. Bir saatdan sonra içkini süzün. Gündə 2 stəkan içki qəbul edin: 1 stəkan səhər, 1 stəkan axşam.

4. Şişkinlik və kolik varsa, içmə dozasını gündə 3-4 stəkan artıra bilərsiniz.

Şüyüd içkisi artıq çəkidən əziyyət çəkən insanlar üçün xüsusilə faydalı olacaq. Tərkibindəki unikal maddələrin dəsti sayəsində şüyüd toxumu metabolik pozğunluqların və aclıq hücumlarının öhdəsindən gəlməyə kömək edir və qan şəkərinin səviyyəsini normallaşdırır. Bu, arıqlama prosesini daha asan və daha sürətli edəcək!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı