"Instagram"da emojilərlə bağlı maraqlı yenilik

"Instagram" tez-tez emoji işlədənləri sevindirəcək funksiyanı təqdim etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, hazırda test mərhələsində olan funksiya istədiyiniz emojini sürətli şəkildə tapmaqda sizə kömək edəcək. Emojilər bölməsinə əlavə ediləcək yeni bölmə ilə artıq istədiyiniz emojini ayrı-ayrı kateqoriyalarda tapmaq asanlaşacaq.

Funksiyanın nə vaxt aktivləşdiriləcəyi ilə bağlı məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR