Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu daha bir şəhid verib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub.

Həmçinin qeyd olunub ki, əməliyyat zamanı üç terrorçu zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR