Mourinyonun istədiyi ulduz futbolçu qərarını verdi

Fənərbaxçanın baş məşqçi Joze Mourinyonun siyahısında olan "Bavariya"nın futbolçusu Kinqsli Komanla danışıqlar aparıldığı bildirilib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın İdman Direktoru Mario Branko, ildə 17 milyon avro qazanan ulduz futbolçunu komandaya gətirmək üçün sıx səy göstərib. Koman və Mario Branco arasında keçirilən görüşlərdə futbolçunun Türkiyədə futbol oynamağın hazırda planları arasında olmadığını dediyi və təklifə görə “Fənərbaxça” klubuna təşəkkür etdiyi bildirilib.

Bildirilir ki, "Fənərbaxça" rəhbərliyi Kingsley Koman rəddcavabı aldıqdan sonra baş məşqçi Joze Mourinyonun siyahısındakı digər ulduzlarla əlaqə saxlamağa qərar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı