Mourinyo varsa, mümkünsüz deyil - “Fənərbaxça” qollarını "çırmaladı"

Heyətinə dünya səviyyəli hücumçu qatmaq istəyən “Fənərbaxça” “Barselona”nın ulduz futbolçusu Robert Levandovskini transfer etməkdə israrlıdır.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” hücumçu üçün transfer işlərinə başlayıb. İtaliyanın "sportal.it" xəbər saytının məlumatına görə, Mourinyonun siyahısındakı ilk futbolçu Robert Levandovskidir.

Mourinyo futbolçunun alınması üçün cəhd edilməsini istəyib. Bildirilir ki, Levandovski “Barselona”da xoşbəxtdir və bütün iqtisadi çətinliklərə baxmayaraq, klub onu satmaqda maraqlı deyil. Xəbərdə deyilir ki, bununla belə, Levandovski transferi “mümkünsüz” deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR