Fatih Terimin yeni iş yeri bəlli oldu

Sonuncu iş yeri "Panatinaikos"u olan Fatih Terim yeni klubla razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, o Səudiyyə Ərəbistanında işləyəcək. Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərə görə, “Al Taavon” klubu Fatih Terimlə razılığa gəlib. Bildirilir ki, tərəflər detalları razılaşdırıb.

Qeyd edək ki, bundan əvvəl də Səudiyyə Ərəbistanı klubları Fatih Terimin xidmətində maraqlı olublar. Lakin mütəxəssis təklifləri rədd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı