Ötən gecə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyununda Gürcüstan millisi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib və 1/8 final mərhələsinə keçməyi bacarıb.
Metbuat.az xəbər verir ki, tarixi uğura imza atan komanda ilə bağlı sosial şəbəkələrdə paylaşılan foto gündəm olub. Belə ki, 11 il əvvələ aid olan görüntü “Dinamo” Tbilisinin akademiyasının açılışında çəkilib və həmin tədbirdə portuqaliyalı ulduz Kriştianu Ronaldo və Gürcüstan millisinin üzvləri yer alıb.
Fotolardakı şəxslərdən biri də ötən gecə qol vuran Kviça Kvaratsxeliyadır.