Sumqayıtda yaşayış binasında yanğın baş verdi, tüstüdən zəhərlənənlər var

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

Metbuat.az xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb. İlkin məlumata görə, bir neçə nəfər tüstüdən zəhərlənib. 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR