Ərdoğan Türkiyənin strateji hədəfini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin strateji məqsədinin Avropa İttifaqına tamhüquqlu üzv olmaq olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, o, bunu Ankarada Estoniya prezidenti Alar Karislə keçirdiyi mətbuat konfransında deyib.

"Avropa Birliyinə tamhüquqlu üzv olmaq bizim strateji hədəfimizdir. Aİ-nin Türkiyəyə eyni mövqedən yanaşması bizim ümumi maraqlarımıza uyğundur ki, bu kontekstdə Estoniyanın Türkiyəyə dəstəyi bundan sonra da güclənəcək. Bu gözləntilərimi cənab Karisə dedim", - deyə Ərdoğan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı