​Yayda sağlamlığımızı necə qorumalıyıq? - Ekspert

Yay fəsli gəldikcə insanlar daha çox günəşlənmək və yaxud D vitaminilə orqanizmini zənginləşdirmək, eyni zamanda, dərinin tünd rəngdə olması üçün günəş şüalarından daha çox istifadə edirlər və yaxud da açıq günəş şüaları altında daha çox qalırlar.

Bu barədə Metbuat.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, birinci növbədə bilmək lazımdır ki, orqanizmin sağlamlığı üçün və eyni zamanda immun sisteminin güclənməsi üçün günəş şüaları çox faydalıdır:

"Zərərli olmamağı üçün günəş şüalarını düzgün saatlarda qəbul etmək lazımdır. Çünki günəş şüalarının, günəş işığının içində olan ultra bənövşəyi şüalar var ki, uzun müddət həmin şüalar dəriyə düşərsə, bu zaman dəri qırışıqlarına səbəb olur və eyni zamanda dəridə iltihablanma və dərinin müdafiə sistemini tamamilə zəiflədir. Bu, dərini xaricdən örtən epitel qatını daha da həssaslaşdırır və bir çox hallarda dəri yanıqları əmələ gəlir ki, bu da davamlı olaraq günəş şüalarına məruz qalan insanlarda dəri xərçənginə qədər gətirib çıxarda bilər. Ümumiyyətlə, günəşin faydaları olduğu qədər zərərləri də var ki, buna mütləq diqqət etmək lazımdır. Günəş şüalarından faydalanmaq yaxşı olar ki, bu da gün ərzində fasilələrlə ola bilər. Səhər saat 12-nin yarısına qədər və axşam 4-ün yarısından sonra günəş şüaları altında ola bilərsiniz.

Dediyimiz kimi, ən çox istifadə olunan D vitaminidir ki, bunu da müəyyən qədər günəşdən alırıqsa, mütləq paralel olaraq qidalanmağımızda da D vitamini tərkibli dəniz məhsullarından-balıqlardan istifadə etməliyik. Və bir çox bitki toxumları da vardır ki, buna kətan toxumu ilə yanaşı eyni zamanda avokado,süd və yumurta kimi qidaları da əbul edə bilərik. Bunlar birlikdə qəbul olunduqda orqanizmin D vitamini ehtiyacı ödənilir. Əgər hrə hansısa bir xəstəliyiniz varsa, siz bu zaman günəş şüalarını çox qəbul etməyin ki, bunun fəsadları daha da çox artmasın".

Məsumə Məmmədli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı