36 oyuna 20 dəfə VAR müdaxiləsi olub - AVRO-2024

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 36 oyununa VAR 20 dəfə müdaxilə edib və eyni sayda hakim səhvləri düzəldilib.

Metbuat.az xəbər verir ki, videohakimlərin müdaxiləsindən sonra görüşün baş hakimləri 8 dəfə monitora yaxınlaşaraq epizodun təkrarını izləyiblər. Nəticədə 2 qol ləğv edilib, 1 qol hesaba alınıb və 5 penalti təyin olunub.

Qeyd edək ki, AVRO-2020-də baş tutan 51 matça VAR 17 dəfə müdaxilə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı