AVRO-2024-də tarix yazan gürcü futbolçu bu klubla anlaşdı

Gürcüstan millisinin və Fransanın "Metz" klubunun hücumçusu Jorj Mikautadze "Monako" ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı şifahi razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Məlumata görə, "Monako" AVRO-2024-ün sonuna qədər digər klubları sövdələşməyə yaxın buraxamamaq üçün "Metz"ə qiymət razılaşması təklifi göndərib.

Xatırladaq ki, Mikautadze 2024-cü il Avropa çempionatının qrup mərhələsinin bombardiri olub. Hücumçu turnirin bu mərhələsində 3 qol vuran yeganə oyunçudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı