Bəzi seçki məntəqələrinin hüdudlarına dəyişiklik ediləcək

Bəzi seçki dairələrinin məntəqələrinin hüdudlarında dəyişiklik etməyə əsaslar yaranıb.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, həyata keçirilən monitorinqlər zamanı 24 seçki dairəsi üzrə 50-dən çox məntəqədə müvafiq tədbirlərin görülməsinə ehtiyac yarandığı aydınlaşıb:

"Bu dairələrdə yerli və digər şəraitlər nəzərə alınmaqla seçicilər üçün maksimum şərait yaradılmasına qərar verilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı