Maşını icarəyə götürən şəxsin adı bilindi - TƏFƏRRÜAT

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Metbuat.az bildirir ki, o, paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını bildirib. Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Qalmaqallı videoda qeydə alınan avtomobilin icarəyə verildiyi deyilən "Rent a Car"dan isə bildirilib ki, onların ünvanlarına səsləndirilən ittihamlar əsassızdır:

"Yayılan videodakı qadın bizə müraciət etməyib, bizim müştərimiz olmayıb. Maşını Əli adlı kişi icarəyə götürüb. Müştəri avtomobili qadın sürücüyə verib və bu hadisə olub. Bütün məsuliyyət maşını götürən şəxsə aiddir".

Ətraflı Baku TV-nin süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı