“Bozqurd” işarəsi göstərən Merih Demiralın cəzası açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.

Metbuat.az "Bild"ə istinadən xəbər verir ki, 26 yaşlı 2 oyunluq diskvalifikasiya olunub. Türkiyənin rəsmi qurumları isə "Bild"in xəbərini təkzib edib.

Qeyd edək ki, UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı