Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Metbuat.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Bununla yanaşı, digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən şosenin hər iki istiqamətində bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.