Fransanın baş naziri istefa verəcək

Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin dərcindən sonra bildirib.

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm", - deyə o bildirib.

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı