Ötən il 50 bağçada keyfiyyət əsaslı monitorinq aparılıb. Bu il daha 100 bağçada yoxlamalar baş tutacaq.
Metbuat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür:
"Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq".