Dilarə Əliyevanın qızı tələbə oldu - FOTO

Aktrisa, Əməkdar artist Dilarə Əliyevanın qızı tələbə adını qazanıb.

Metbuat.az bildirir ki, bununla bağlı aktrisa məlumat yayıb. O bildirib ki, qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub:

“Sevincimin həddi-hüdudu yoxdur. Banu çox istəyirdi ki, aktrisa olsun. Bir ilə yaxındır hazırlaşırdı. Nəhayət, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğu fakültəsinə imtahan verdi və 10 balı topladı. Yolu açıq olsun! Bütün balaların yolu açıq olsun. Uzun yolun başlanğıcındadırlar. Yazmağa da çətinlik çəkirəm, hərdən elə olur ki, hisslərini ifadə etməyə söz tapmırsan. Xoşbəxtəm, həm də kövrəyəm. Səbəbi məlum”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR