Ötən il 1 000-ə yaxın saxta pul nişanı tədavüldən çıxarılıb

2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutada 521 ədəd (42,8 min manatlıq) saxta pul nişanını, xarici valyutada isə 391 ədəd (57,3 min manatlıq) saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanını aşkarlayaraq tədavüldən çıxarıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edib.

Bu barədə Metbuat.az-a qurumdan bildirilib.

Beləliklə, ötən il 921 saxta pul nişanı tədavüldən çıxarılıb.

Bundan başqa, AMB il ərzində əhalidən 80 min ədəd (4 milyon manatlıq) pul nişanını qəbul edərək dəyişdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı