NATO sammitinin keçiriləcəyi ölkə məlum oldu

NATO-nun Yekun Bəyannaməsində 2025-ci ildə Hollandiyada keçiriləcək sammitdən sonra növbəti sammitin Türkiyədə olacağı açıqlanıb.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, Vaşinqtonda 2 gün davam edən NATO sammitinin yekun bəyannaməsi dərc olunub.

Alyans Ukraynanı dəstəkləməyə davam edəcəyini və müttəfiqlərin də Ukraynaya minimum 40 milyard avro (43,28 milyard dollar) hərbi yardım göstərəcəyini bildirib.

NATO-nun 75-ci Zirvə Toplantısına ev sahibliyi etdiyi üçün ABŞ-yə təşəkkür edildikdən sonra, növbəti sammitin Türkiyədə keçiriləcəyi açıqlanıb.

Mədinə Zaur \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı