"Uşaqları yatana yaxın vəhşi kimi döyürlər" - Bağçada dəhşətli hadisə

Sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlı uşaqların təhqirə məruz qalması ilə bağlı görüntülər yayılıb.

Metbuat.az bildirir ki, məsələ ilə bağlı Baku TV-nin əməkdaşları sözügedən bağçada olub. Görüntüləri ictimailəşdirən xanım həmin bağçada uşaqların hər gün döyüldüyünü bildirib:

“Mən 2005-ci ildən burada yaşayıram. Hər gün görürəm ki, uşaqları yatana yaxın vəhşi kimi döyürlər. Birinci müdiri də bu məsələyə görə çıxarmışdılar”.

Son 2 gündə bütün cəmiyyətin hərəkətini qınadığı, körpələrə zorakılıq tətbiq edən tərbiyəçi-müəllim isə görüntülərin həqiqəti əks etdirdiyini deyib:

“Belə bir şey etmişəm. Əsəblərimi cilovlaya bilmədim. Mənə qarşı haqsızlıq edildi”.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsindən bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı zorakı davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçasında müdirin səlahiyyətlərinə xitam verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı