ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin kimliyi bəlli olub.
Metbuat.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, onun 20 yaşlı Tomas Metyu Kruks olduğu deyilir.
Məlumata görə, Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp mitinqi zamanı güllələnib.