Səbuhi Mehdizadəyə yüksək vəzifə verildi - FOTO

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Metbuat.az Report-a istinadən bildirir ki, bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub.

O, bu qurumdan əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru, “Azərbaycan Stolüstü Tennis Federasiyası” İctimai Birliyinin (İB) Baş katibi, “Azərbaycan Ağır Atletika Federasiyası” İB-nin İH sədrinin müavini işləyib, hazırda “Azərbaycan Stolüstü Tennis Federasiyası” İB-nin vitse-prezidentidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı