“Penalti seriyasını xoşlamıram” - Rəşad Sadıqov

“Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.

Metbuat.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Sadıqov sabahkı matça yaxşı hazırlaşdıqlarını bildirib:

“Düşünürəm ki, bizi Tiraspoldakı matçdan daha gərgin oyun gözləyir. Matça yaxşı hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Hər bir ssenariyə hazır olmaq lazımdır. Rəqib komanda daha motivasiyalı gələcək. İstəyirik ki, matçın nəticəsi 90 dəqiqdə bizim xeyrimizə həll olsun. Penalti seriyasını xoşlamadığıma görə, o qədər də bunun üzərində çalışmamışıq.

Hər bir gedişata hazır olmaq lazımdır. Başa düşürük ki, rəqib istəkli olacaq. Hazırlaşmaq üçün 1 həftə vaxtları olub. Buna baxmayaraq, bizim də planlarımız var. Nəzərə almaq lazımdır ki, bu, avrokubokdur və burada hər hansı bir səhv ciddi problemə çevrilə bilər. Çempionat matçlarındakı hansısa turda səhv buraxırsansa, növbəti turlarda bunu düzəltmək mümkündür. Ona görə də burda daha diqqətli olmalıyıq.

İlk növbədə mənim üçün komandamın mental hazırlığıdır. Düşünürəm ki, futbolçularımın ilk dəqiqələrin verdiyi həyəcanın öhdəsindən gəlməsi vacibdir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Bunun avantajı olduğu qədər dezavantajları da var. Düşünürəm ki, bu həyəcanın öhdəsindən gələ bilsək, hər şey bizim üçün yaxşı bitəcək”.

“Zirə” və “Şerif” arasında cavab matçı iyulun 18-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Moldovadakı ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı