Tadic qərarını açıqladı - Bir dövr sona çatdı

Serbiya milli komandasının təcrübəli üzvü Duşan Tadic millidəki karyerasına yekun vurub.

Metbuat.az bildirir ki, bu qərarı ilə bağlı futbolçu sosial media hesabında yazıb:

"Milli komanda mənim üçün hər zaman bir sevgi olub. Milli komanda ilə vidalaşıram, amma bir gün yenə orada olacağımı bilirəm. Futbolçu karyeramdan sonra futbolda qalmaq istəyirəm".

Qeyd edək ki, 35 yaşlı Tadic Serbiya millisi ilə 111 oyuna çıxıb. O, bu oyunlarda 23 qol vurmağı və 40 məhsuldar ötürmə etməyi bacarıb. Futbolçu hazırda İstanbulun "Fənərbağça" klubunda forma geyinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı