Gürcüstan millisinin üzvü Jorj Mikautadzenin yeni klubu bəlli olub.
Metbuat.az xəbər verir ki, Almaniyada keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə diqqət çəkən 23 yaşlı futbolçu Fransa təmsilçisi "Lion"la anlaşıb. O, yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Hücumçu son olaraq Fransanın digər kollektivi "Mets"in formasını geyinib.
C.Mikautadze AVRO-2024-də meydana çıxdığı 4 matçda 3 qol vurub.