Mediamız maarifləndirmə funksiyasını lazımi şəkildə icra edir - Natiq Məmmədli

"Bu, bizim üçün təkcə yubiley tədbiri deyil, həm də bir hesabatdır - izləyicilərimiz, oxucularımız qarşısında hesabat".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan mətbuatının 149 illiyi ilə bağlı keçirilən konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan jurnalistikası çox uzun və şərəfli yol keçib:

"Azərbaycan mətbuatının 149 illiyi ilə bağlı keçirilən tədbirdə hər il 22 iyulda “Əkinçi” qəzetinin işığında müasir mətbuatımızın perspektivlərinə və keçdiyi uzunmüddətli, şərəfli yola qiymət veririk, nəzər salırıq. Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçib. Azərbaycan jurnalistikası Vətən müharibəsindən üzüağ çıxıb, xalqımızın, dövlətimizin milli maraqlarını yerli və beynəlxalq ictimaiyyətə layiqincə çatdırıb. Bu gün də Azərbaycan mediası öz peşəkarlıq səviyyəsi ilə Azərbaycan cəmiyyətini ictimai əhəmiyyətli məlumatlarla marifləndirmək funksiyasını lazımi şəkildə icra edir. Jurnalist əməyinə verilən qiymət jurnalist peşəsinə olan inamdır, cəmiyyətin ona olan hörmətidir və biz bunu gündəlik işimizdə daim hiss edirik".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR