Milli Mətbuatın 149 illiyinə həsr edilmiş tədbir keçirildi - FOTO

Bu gün Bakıda Azərbaycan Mətbuatının 149 illiyinə həsr edilmiş konfrans keçirilib.

Metbuat.az bildirir ki, tədbir Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşıb. Konfransda ölkəmizdə fəaliyyət göstərən media qurumlarının, eləcə də bu sahədə tənzimləyici funksiyaları yerinə yetirən orqanların rəhbərliyi və təmsilçiləri iştirak ediblər.

Həmçinin tədbirdə Medianın İnkişafı Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təşkil edilmiş müsabiqənin və “MEDİAlab” layihəsi çərçivəsində keçirilmiş Kreativ Media Bakı məzmun müsabiqəsinin nəticələri elan olunub, qaliblər mükafatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR