SOCAR-dan “Aİ-92” markalı benzinin sərfiyyatı ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Aİ-92 markalı benzinin sərfiyyatının artması, keyfiyyətinin azalması ilə bağlı iddialar səsləndirilir. İstifadəçilər bildirirlər ki, yanacağın qiyməti artandan sonra sərfiyyatı da artıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı SOCAR-ın Mətbuat xidmətindən Qafqazinfo.az-a verilən açıqlamada bu kimi məlumatların həqiqətəuyğun olmadığı bildirilib:

“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər”.

Qeyd edək ki, iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR