Türk ulduz İtaliya klubuna keçməyə razılıq verdi

AVRO-2024-dəki çıxışından sonra Avropanın bir sıra aparıcı klublarının, xüsusən də “Liverpul”un transfer siyahısında olan "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaza İtaliyadan sürpriz təklif gəlib.

Metbuat.az xəbər verir ki, "Napoli" Barış Alper Yılmaz üçün 25 milyon avro təklif edib. Məlumata görə, baş məşqçi Antonio Konte AVRO-2024-də iki dəfə izlədiyi "Qalatasaray" futbolçusunun transferi üçün rəhbərliyə hesabat verib. Təklifdə 25 milyon avroluq transfer haqqının iki dəfəyə ödənilməsi nəzərdə tutulub. İddialara görə, Qalatasaray"ın ulduz futbolçusu İtaliya nəhənginin təklifinə razılıq verib.

Barış Alper Yılmaz "Napoli" ilə anlaşsa, illik 8 milyon avro alacaq. "Napoli" ilə "Qalatasaray"ın anlaşmaq üzrə olduğu deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR